Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tutacaq [tutacax] isim

1. Bir şeyin tutulacaq yeri; dəstə, qulp, tutqac. □ Pəri nənənin qılçaları titrədi, o, qapını tutacağından çəkdi. (S.Rəhimov). 
2. Əl tutmaq üçün körpünün və s.-nin yanlarına vurulan taxta və s. məhəccər. □ Balkonun tutacağı. Pilləkənin tutacağı.
3. İsti şeyləri götürmək üçün kiçik döşəkçə; tutqac. □ Gözəl tutacaqla çayniki götürüb, stəkanlara süzəndə Həbib otağın qapısını döydü. (Ə.Vəliyev).
4. Məcazi mənada: bəhanə, bəlgə, dəlil. □ ..bəhanəni əldə tutacaq edib, övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. (C.Məmmədquluzadə).

Azərbaycan dilinin izahlı lüğəti