Reklam
Reklam

Etimologiya lüğəti

uğur1

Yaxşı arzumuzu bildirmək üçün “uğur olsun” deyirik. Ehtimal ki, buradakı uğur sözü qutğur kimi olub və qut kəlməsindən əmələ gəlib. “Qutlu olsun” ifadəsi də həmin mənanı verir. Uğur omonim sözdür və onun başqa mənaları da mövcuddur (görüş və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

uğur2

Bu sözün dəfə, zaman mənaları da var. Qərb dialektlərində “bir dəfə getmiş­dim cümləsini “bir uğur getmişdimkimi də işlədirlər. Oğur forması da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti