1. Bərkdən, yüksəkdən, zildən. □ Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq.
2. Məcazi mənada: yüksək mövqedən, yuxarı vəzifədən. □ İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti