1. Yüksəklik, hündürlük, ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. □ Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı.
2. Məcazi mənada: yüksək ictimai mövqe, vəziyyət. □ Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. (M.İbrahimov).
3. Məcazi mənada: mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. □ İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. (S.Rüstəm).
Azərbaycan dilinin izahlı lüğəti