Kainatın yaradıcısı olan Allahın həqiqi varlıq olub bütün yaradılmışların onun təcəllisi olduğunu qəbul edən yanaşma.
Təsəvvüfün başlanğıc nöqtəsi kimi düşünülən bu fəlsəfi cərəyanın Hindistanda yarandığı ehtimal olunur. Daha sonra Şərq və Avropa ədəbiyyatına yayılıb. V-V. “varlığın birliyi” və “varlıqda birlik” mənasında işlənən təsəvvuf termini, Tanrı-aləm-insan əlaqələrini izah edən düşüncə sistemidir. Bu düşüncə Muhyiddin İbn Ərəbi tərəfindən sistemləşdirilib. V-V. əqidəsində tək varlıq olaraq Allah qəbul edilir, bunun xaricindəki varlıqlar isə Allahın təzahür və təcəllisi hesab edilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti