ərəbcə
Səhralarda suyu, bitki örtüyü olan ərazi.
V.-nin əmələ gəlməsinə səbəb ərazidə ətraf rayonlara nisbətən rütubətin çox olmasıdır. Belə yerlərdə təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır. V.-lərin sahəsi bir neçə hektardan yüzlərlə hektara qədər olur. V.-lərdə də, vadilərdə olduğu kimi əhali yaşayır, kənd təsərrüfatı məhsulları yetişdirilir. Bəzi V.-lərdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər becərilir. Lakin Afrika və Cənub-Qərbi Asiyadakı V.-lərin tipik bitkisi xurma ağacı hesab olunur.
Coğrafiya terminləri lüğəti