lat. vampyrum
Yarasalar dəstəsinin yastıburun yarasalar fəsiləsindən məməli heyvan cinsi.
Amerikanın tropiklərində 1 növü – böyük V. yaşayır. Bədəninin uzunluğu 13 sm, açılmış qanadları 70 sm-dir. Qansoran deyil, həşərat və meyvə ilə qidalanır. Lakin adi V. gecələr ova çıxaraq iri məməli heyvanların qanını sormaqla qidalanırlar. 5 aylıq boğazlıq dövrü keçirir və bir bala doğur.
Biologiya terminlərinin izahlı lüğəti