Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vanna [vanna] isim alman

1. İçində çimmək və ya şey yumaq üçün uzunsov böyük ləyən, qab. □ Bir vanna su.

2. Tibb. İçinə maye tökmək üçün müxtəlif formalı qab. □ Foto vannası.

3. Müalicə məqsədilə içi su ilə dolu vannadan istifadə prosesi. □ Vanna qəbul etmək. Həkim mənə on vanna yazmışdır. Vannanı tox qarına qəbul etmək olmaz.

4. Bədənin dəniz suyu, hava, günəş şüaları, müalicə palçıqları təsiri ilə müalicəsi, bərkidilməsi. □ Dəniz vannası. Günəş vannası.

Azərbaycan dilinin izahlı lüğəti