1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. □ Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir. İstehsal vasitələri.
2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. □ Sarğı vasitələri. Dezinfeksiya vasitələri.
3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı. □ ...Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola. (M.F.Axundzadə).
Həmçinin bax: