Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

voks-pop

lat. vox – səs + lat. populi – xalq

1. Adi vətəndaşdan alınmış şərh, rəy. 

2. Jurnalistin bir məsələ barədə adi vətən­daşların rəyini öyrənməsi üsulu və pro­­­­­se­si.

Bu üsul Azərbaycan jur­na­lis­tikasında daha çox «küçə sorğusu» ad­landırılır. V-P. izdihamlı yerlərdə – küçədə, parkda, konsert və idman yarışı kimi kütləvi təd­birlərdə fasilə zamanı, adətən, eyni sual ətrafında keçirilir. Ondan verilişin, mə­qa­lənin can­landırılması üçün bir element kimi istifadə olunur. Bəzənsə V-P. KİV-də ayrıca janr formasında təqdim edilir. Belə mate­rial­ların hazırlanması insanların fi­kirlərini açıq ifadə etməsi üçün şərait ya­ratmaq, materialda eyni zamanda həm plüralizm, həm də balans prinsiplərini qoru­maq baxımın­dan jurnalistdən bacarıq tələb edir.

Jurnalistika terminləri lüğəti