Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

vulkan

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Zirvəsindəki kraterdən, həmçinin budaq yollardan Yerin səthinə lava, kül, daş və qazlar püskürdən, adətən, konus formasında təpə, yaxud dağ.

V. Yerin dərinliyində yerləşən maqma kamerasından (vulkan ocağı), maqmanın yuxarı qalxdığı kanaldan, səthə çıxdığı boğaz, ağızlıq (krater), həmçinin budaq yollardan, püskürmə nəticəsində xaricə atılmış lava, kül, şlak qatlarından ibarət olur. V.-lar aktivliyinə görə fəaliyyətdə olan, yatmış və sönmüş V.-lara bölünür. Yer kürəsində fəaliyyətdə olan V.-ların sayı 600-dən çoxdur, onların təqribən 2/3-si Sakit okeanın ətrafındadır və bu əraziyə Sakit okean V. qövsü deyilir. Formalarına görə qalxanvarı, günbəzli, şlak konuslu V.-lar və stratovulkanlar fərqlənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti