lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. logos – elm, təlim
Vulkan proseslərini, onların başvermə səbəblərini, inkişafını, quruluşunu və Yer üzərində yayılması qanunauyğunluqlarını, habelə püskürmə məhsullarının tərkibini öyrənən elm sahəsi.
V. geologiyanın bölmələrindən biridir. Vulkanların sistematik şəkildə öyrənilməsi nəticəsində ilk əsər 1650-ci ildə holland coğrafiyaşünası Bernhard Varenius tərəfindən yazılıb. Lakin Avropada vulkanların genişmiqyaslı tədqiqinə 1842-ci ildə İtaliyada Vezuvi vulkanının ətəklərində vulkan rəsədxanası tikildikdən sonra başlanıb. Yaponiya, İndoneziya, Havay adaları və Kamçatka yarımadasında da müasir vulkan rəsədxanaları fəaliyyət göstərir.
Coğrafiya terminləri lüğəti