1. Döyüşmək, savaşmaq, çarpışmaq. □ Düşmənlə vuruşmaq.
2. Dalaşmaq, kötəkləşmək, bir-birini vurmaq (yumruqla, ağacla və s. ilə).
3. Məcazi mənada: bir şey uğrunda mübarizə etmək, bir şeyi əldə etməyə ciddiyyətlə çalışmaq. □ Bol məhsul uğrunda vuruşmaq.
4. Məcazi mənada: mübahisə etmək, höcətləşmək, bəhsləşmək. □ Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. (M.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti