Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

xımı1

Ağdam, Başkeçid, Borçalı, Çənbərək, Füzuli, Gədəbəy, Qazax, Tovuz

Yeməli yabanı bitki adı.  Bizim evin yanında çoxlu xımı bitif (Ağdam); Xımıyı soyullar, turşuya qoyullar (Borçalı); Xımı yaman şirin olur (Tovuz).

xımı2

Cəlilabad

İkiüzlü. □ Xımı odu ki, üzdə belə de:y, arxada ayrı cur.

xımı3

Çənbərək

Sirsaxlayan. □ Kişi xımı olsun gərəx', olmadı gərəhməzdi.

Azərbaycan dilinin dialektoloji lüğəti