Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xanım [xanım] isim

1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. □ Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. (Aşıq Ələsgər).
2. Tanış olmayan qadına hörmətlə müraciət. □ Buyurun,xanım.
3. Hörmət üçün qadın adlarına əlavə edilir. □ Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. (M.S.Ordubadi).
4. Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. □ Çox xanım adamdır.
5. Qadın, arvad, zövcə. □ Öz xanımı ilə qonaq getmək.
Qeyd: ... xanım. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi. Məsələn: Minəxanım, Bəyimxanım, Balacaxanım, Böyükxanım və s.

Həmçinin bax:

frazeologizm: cik-cik xanım Azərbaycan dilinin izahlı lüğəti