Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xarakter [xara:k'ter] isim yunan

1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter.
2. Ədəbiyyatşünaslıq. Tip, surət, obraz. □ M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. (M.İbrahimov).
3. Mahiyyət, keyfiyyət, xüsusiyyət. □ Yer səthinin xarakteri.
4. Xaraktercə şəklində – xarakterinə görə; xasiyyətinə görə, mahiyyətinə görə; xasiyyətcə, mahiyyətcə. □ Xaraktercə bir-birinə zidd obrazlar.

Azərbaycan dilinin izahlı lüğəti