1. Fillərdə və bəzi başqa heyvanlarda müxtəlif vəzifələr (tənəffüs, iybilmə və s.) icra edən boru şəklində uzanan mütəhərrik ağız və ya burun qismi. □ Bir gün gələr qəzəblənib tutacaq səni; Xortumunda ümmanlara atacaq səni. (A.İldırım).
2. Zoologiya. Bəzi onurğasız heyvanların bədənlərinin müxtəlif vəzifələr (ovu tutub boğma, özünü qoruma və s.) icra edən ön hissəsi və ya bu hissədəki fırlar). □ Zəlinin xortumu.
3. Elektrotexnika. Müxtəlif maşınlarda qabağa uzanmış heyvan burnunu xatırladan tutucu hissə. □ Dəzgahın xortumu.
4. Nasos və kranlara taxılan brezent, rezin və ya başqa materialdan hazırlanmış uzun boru. □ Yanğın maşınının xortumu.
5. Səhra toplarında lüləni əl ilə hədəfə tuşlamaq üçün top qundağının uzanan arxa hissəsi. □ Topun xortumu.
Həmçinin bax: