yun. xronos – zaman + topos – yer, məkan
Bədii əsərdə zaman və məkan birliyi.
Bu termin ilk dəfə fiziologiya və psixologiya sahəsində A.Uxtomski tərəfindən işlədilib, sonradan onu M.Baxtin estetikaya gətirib. Klassisizm tərəfdarları buraya hərəkəti də əlavə edərək üçlüyün (məkan, zaman, hərəkət) vəhdəti prinsipinə əsaslanıblar. X. epik və dramatik əsərlər üçün xarakterikdir, süjet, kompozisiya və ideyanı açmaqda mühüm rol oynayır. X. əsərin formasını, bədii təsvir vasitələrini şərtləndirən amillərdən biri kimi qəbul edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti