1. İnkişaf prosesində irəliyə, yaxşılaşmağa, mükəmməlləşməyə doğru hərəkət; yüksəlmə, irəliləmə, tərəqqi, inkişaf. □ Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. (S.Vurğun). 2. Artma, çoxalma, güclənmə, qüvvətlənmə.