Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yüngül [yüngül] sifət

1. Çəkisi az olan. □ Yüngül yük. Yüngül çamadan. Yüngül daş.
2. Sıx olmayan, nazik, isti olmayan, qalın olmayan; qızdırmayan. □ Yüngül parça. Yüngül paltar.
3. Taxtadan tikilmiş. □ Yüngül pavilyon. Yüngül bina.
4. Həzmi asan olan, mədəyə ağırlıq verməyən. □ Yüngül yeməklər. Yüngül qəlyanaltı.
5. Çətin olmayan, asan olan, aydın, sadə, səlis. □ Yüngül mətn. Yüngül məsələ. Yüngül üslub. Dili çox yüngüldür.
6. Əyləndirici mahiyyətdə olan. □ Yüngül musiqi. Yüngül komediya. Yüngül mahnı.
7. Asanlıqla əldə edilən, qazanılan, yerinə yetirilməsi çətin olmayan,çox zəhmət tələb etməyən; asan. □ Yüngül qazanc. Yüngül qələbə. Yüngül iş. Yüngül vəzifə.
8. Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz, əziyyətsiz, ağrısız. □ Yüngül yara. Yüngül xəstəlik. Yüngül doğuş. Yüngül həyat.
9. Ağır olmayan; şiddətsiz. □ Yüngül cəza.
10. Zəif, az (hiss edilən). □ Yüngül külək. Yüngül qoxu. Yüngül təbəssüm. Üzündə yüngül kədər izləri göründü.
11. Təsiri az olan, tünd olmayan; zəif, boş. □ Yüngül şərab. Yüngül tütün.
12. Məcazi mənada: səthi, qeyri-ciddi, adam, hərəkət, xasiyyət haqqında. □ İşə yüngül münasibət. Yüngül mühakimələr. Yüngül adam. Yüngül xasiyyət. Yüngül əxlaq.
13. Məcazi mənada: sağlam, çevik, qıvraq.
14. Saf, təmiz, tənəffüsü asanlaşdıran. □ Yüngül dağ havası.
15. Ağır silahlanmamış; mütəhərrik. □ Yüngül topçu dəstəsi. Yüngül batareya. Yüngül kreyser.

Həmçinin bax:

frazeologizm: ayağı düşərli (yüngül, sayalı) olmaq frazeologizm: əli yüngül olmaq frazeologizm: yastığı yüngül olsun Azərbaycan dilinin izahlı lüğəti