Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yığım [yığım] isim

1. Toplama işi. □ Vəsait yığımı. Yığım mənbələri.
2. Məhsulu yığma, əkini biçmə, meyvəni dərmə. □ Taxıl yığımı. Dərman otları yığımı. Çay yarpağı yığımı.
3. Yığılmış, toplanmış məhsul və s. yığılmış, toplanmış məhsulun və s.-nin ümumi miqdarı. □ Taxılın ümumi yığımı. Bu il pambıq yığımı keçən ilkindən xeyli çox oldu.
4. Bir şey üçün alınan və ya toplanan pul; gəlir. □ Sığorta yığımı. Gömrük yığımı. Xalis yığım.
5. Bir yerə yığılmış şeylərin məcmusu; yığın.

Azərbaycan dilinin izahlı lüğəti