1. Qalıqlardan, tullantılardan, tör-töküntüdən və s.-dən yığılmış qalaq. □ Dəmir tullantı yığıntısı. Zibil yığıntısı.
2. Çay və yağış suları ilə gəlib çökən dağ süxurları qırıntıları (daş,qum, lil və s.). □ Şiddətli yağmurun yığıntısını toplayan və azğın seli gətirən qorxunc dərələrin üstündən körpülər salınırdı. (S.Rəhimov).
3. Sifət kimi: müxtəlif yerlərdən toplanma, müxtəlif yerlərdən gəlib cəmləşmiş, camaatı müxtəlif yerlərdən gəlmə adamlardan ibarət olan. □ Yığıntı məhəllə. Yığıntı kənd.