Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yığmaq [yığmax] feil

1. Bir yerə toplamaq, cəm etmək. □ Adamları bir yerə yığmaq. İşçiləri yığıb söhbət aparmaq.
2. Müxtəlif şəxslərdən almaq, toplamaq. □ Üzvlük haqqı yığmaq. Vergi yığmaq. Məlumat yığmaq. Divar qəzeti üçün məqalə yığmaq.
3. Qənaət edərək, dala ataraq yavaş-yavaş toplamaq, ehtiyat görmək. □ Ehtiyat yığmaq. Pul yığmaq.
4. Yetişmiş məhsulu, meyvəni toplamaq, bir şey toplamaqla, dərməklə məşğul olmaq. □ Taxılı yığmaq. Pambığı yığıb qurtarmaq. Bağın məhsulunu yığmaq.Çiyələk yığmaq. Başaq yığmaq. Dərman otları yığmaq.
5. Yığışdırmaq, götürmək. □ Yorğan-döşəyi yığmaq. Xalçaları yığıb naftalinləmək.
6. Qalaq-qalaq, topa-topa düzmək, qoymaq, ümumiyyətlə, qoymaq, düzəltmək. □ Taya yığmaq. Odunu anbara yığmaq. Kitabları şkafa yığmaq. Şeyləri bir yeşiyə yığmaq.
7. Quraşdırmaq, ayrı-ayrı hissələrini birləşdirib tam şəklə salmaq. □ Mexanizmi söküb yığmaq.
8. Yavaş-yavaş, hissə-hissə toplamaq, kolleksiya düzəltmək. □ Marka yığmaq. Nadir şeylər yığmaq. Qədim kitablar yığmaq.

Həmçinin bax:

frazeologizm: ağlını başına yığmaq (toplamaq, cəm eləmək) frazeologizm: ağzını bir yerə yığmaq frazeologizm: başına yığmaq frazeologizm: başını bir yerə yığmaq frazeologizm: başını yığmaq frazeologizm: beyninə yığmaq frazeologizm: boğaza yığmaq frazeologizm: cana yığmaq frazeologizm: canını boğazına yığmaq frazeologizm: çinədanına yığmaq frazeologizm: ev yığmaq frazeologizm: əl-ayağını bir yerə yığmaq frazeologizm: əl-ayağını yığmaq frazeologizm: əlindən yığmaq frazeologizm: əlini başına yığmaq frazeologizm: gözünü yığmamaq frazeologizm: huşunu başına yığmaq frazeologizm: xirtdəyə yığmaq frazeologizm: ipini çəkmək (yığmaq) frazeologizm: ipinin üstünə odun yığa bilməmək frazeologizm: qanadı altına almaq (yığmaq) frazeologizm: qar suyundan qaymaq yığmaq frazeologizm: qar yağıb, qapı örtülüb frazeologizm: örkəninin üstünə odun yığa bilməmək frazeologizm: səs yığmaq frazeologizm: yükünü təpəyə yığmaq Azərbaycan dilinin izahlı lüğəti