Qədimdə ağacın kiçik budaqlarına (dingələrə), iki dişi olan haça şeylərin hamısınayaba deyiblər. Oxun ucluğu haça olanda ona da yaba adı verilib. Sonra yabanın dişləri çoxalıb, amma adı qalıb. Deməli, yaba sözünün qədim mənası “iki dişə malik olan” deməkdir. İndi Anadolu türkləri dəmir yaba yerinə karakol (qaraqol) işlədirlər. Burada “qara” dəmir, “qol” isə sap mənasında başa düşülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti