1. Yekə şeyin halı; irilik, həcmcə böyüklük. □ Daşın yekəliyi. Ayaqqabının yekəliyi. Başın yekəliyi dövlətdir, ayağın yekəliyi neybət. (Atalar sözü).
2. Lovğalıq, təşəxxüs, özünü başqalarından yüksək tutma, başqalarını saymama; yekəxanalıq. □ Mərd olan al geysə, yekəlik bilməz; Namərd şilə geysə, xanlıqdavalar. (Molla Cümə).
Azərbaycan dilinin izahlı lüğəti