Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yel1 [yel] isim

1. Külək. □ Yaman yel əsir. İsti yel. Bu gün bərk yel var.

2. Mədə və bağırsaqlarda əmələ gələn qaz.

3. Məcazi mənada: itilik, sürət mənasında (adətən tərkiblərdə). □ Uzaqlaşan kimi atların yeli öz-özünə yatdı. (S.Rəhimov).

yel2 [yel] isim

Revmatizm xəstəliyinin xalq arasında adı. □ Qıçlarımı yel tutub.

Həmçinin bax:

frazeologizm: canına yel dəyməmiş frazeologizm: canına yel keçməyə qoymamaq frazeologizm: dəliyə yel ver, əlinə bel ver frazeologizm: dərələrdən sel kimi, təpələrdən yel kimi frazeologizm: qara yellər əsmək frazeologizm: sözünü yelə vermək frazeologizm: üzünə dan yeli dəyməyib frazeologizm: yanından yel keçməmiş... frazeologizm: yel dəyməmiş frazeologizm: yel əsib, qoz tökülüb frazeologizm: yel qayadan nə apardı frazeologizm: yel olub yanından ötə bilməmək frazeologizm: yel vurub yengələr oynayır frazeologizm: yelə sovurmaq frazeologizm: yelə vermək coğrafiya: ağ yel Azərbaycan dilinin izahlı lüğəti