1. Sərinləmək üçün bir şeylə havanı hərəkətə gətirmək, hava cərəyanı yaratmaq. □ Yelpiclə üzünü yelləmək.
2. Odu, ocağı alışdırmaq, kömürü közərtmək üçün üzərində havanı bir şeylə hərəkətə gətirmək, yel vermək; körükləmək. □ Manqalı yelləmək.
3. Yırğalamaq, tərpətmək, silkələmək, əsdirmək, yaxud itələmək, itələyərək o yana-bu yana hərəkət etdirmək. □ Beşiyi yelləmək.
4. Sürüb aparmaq. □ Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. (A.Divanbəyoğlu).
5. Yelə vermək, tozunu çırpmaq, sovurmaq. □ Palazı yelləmək.
6. Məcazi mənada: bir işə təhrik etmək; qızışdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti