1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə,istifadə olunmamış, işlənməmiş, əcərli. □ Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar. Yeni ayaqqabı. Yeni evə köçmək. Yeni silahlar. Yeni kostyum.
2. Zərf kimi: öz əvvəlki vəziyyətini saxlamış, dəyişməmiş halda qalmış. □ Paltar yeni qalıbdır.
3. Dövrümüzə aid olan, müasirimiz olan, müasir, indiki, hazırkı. □ Yeni tarix. Yeni ədəbiyyat. Yeni dünya. Yeni dövr. Yeni mərhələ.
4. Təzə tapılmış, kəşf edilmiş, keçmişdə məlum olmayan. □ Yeni planet. Yeni ulduz. Elmdə yeni qanun. Yeni kəşf. Yeni üsul.
5. Əvvəlkinin yerinə gəlmiş,yaxud təyin olunmuş, əvvəlkini əvəz edən, bir işdə hələ təcrübəsi olmayan; alışmamış, öyrənməmiş. □ Yeni müdir. Yeni direktor. Yeni katib. O, bu vəzifədə yenidir.
6. Köhnəni əvəz edən, əvvəlkinin əvəzində tətbiq edilən. □ Yeni qayda. Yeni vəzifələr. Yeni istiqamət. Yeni yol.
7. Əvvəlki deyil, başqa, digər, bambaşqa. □ Yeni məna. Yeni məzmun. Qarşımda yeni aləm açıldı.
8. Cavan, tər, bu ilin məhsulu; təzə. □ Yeni taxıl. Yeni məhsul.
9. Zərf kimi: bir az bundan əvvəl; təzəcə. □ Payızın sübhü yeni açılmışdı. (S.M.Qənizadə).
Həmçinin bax: