1. Arxaizm. Hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik. □ Azərittifaqdan göndərilən təftiş komissiyası aylarla oturar, öz yovmiyyəsini alar, bu dairə ittifaqın işini əsaslı surətdə yoxlardı. (S.Rəhimov).
2. Arxaizm. Sifət kimi: gündəlik. □ Mən ki zərgərəm, yovmiyyə xərcimdən ötrü acizəm. (M.F.Axundzadə).
3. Arxaizm. Hərgünkü gəlir və çıxarı yazmaq üçün mühasibat dəftəri; gündəlik.