Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yumru [yumru] sifət

1. Yuvarlaq, girdə, kürə, top şəklində. □ Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı.
2. Dairəvi şəkildə olan; girdə. □ Yumru gözlər.
3. Gombul, koppuş, kök. □ Yumru, totuq uşaqlar qızıl taxtlarda qumaş yastıqlara söykənən möminlərə şərab paylayırdılar. (Y.V.Çəmənzəminli).
4. İsim kimi: tikə, dənə. □ Di, başına dönüm, bircə yumru mənə qənd ver. (Ə.Haqverdiyev).
5. İsim kimi: baş, kök yumrusu. □ Cinsi hüceyrələr iştirak etmədiyi bir halda da kartof yumrularında baş verən dəyişmələr ondakı gözcüklərə təsir edir. (M.Axundov).

Azərbaycan dilinin izahlı lüğəti