1. Botanika. Çiçəkləri yeyinti sənayesində istifadə olunan çoxillik soğanaqlı cənub bitkisi. □ Mən aşiqəm zirəsən; Zəfəransan, zirəsən; O günə qurban olum; Sən qapıdan girəsən. (Bayatı).
2. Botanika. Həmin bitki çiçəklərinin, müxtəlif yemək şeylərinə ətir, tam və xüsusi rəng vermək üçün istifadə edilən qurudulmuş sarı telləri. □ Xərc edir bir para əşxas pulun bayramda; Zəfərana, yağa, razyana, xaşxaşa, ətə. (M.Ə.Sabir).
3. Məcazi mənada: sarı rəng mənasında. □ Həm rəngi-bəhar olub xəzanım; Dönmüşdü əqiqə zəfəranım. (M.Füzuli).
Həmçinin bax: