Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sәfәrnamә

Müəllifin sәyahәt, yaxud sәfәr zamanı gör­dük­lәrini әks etdirәn bәdii-sәnәdli әsәr.

XIX әsr Azәrbaycan yazıçısı İ.Qutqaşınlının “Sәfәrnamә”sindә onun Mәkkәyә sәfәri zamanı rast gәldiyi yerlәr, adamlar vә s. tәsvir olunub.  Qacarlar sülaləsinin şahzadəsi Fərhad Mirzənin 1875-1876-cı illərdə Məkkə ziyarətinə gedərkən yazdığı “Səfərnamə”ni də nümunə göstərmək olar. O bu səfəri zamanı Şimali Azər­bay­candan keçib görkəmli şəxsiyyətlərlə, o cümlədən M.F.Axund­zadə və H.Zərdabi ilə görüşüb və öz təəssüratlarını həmin əsərində ifadə edib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti