Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

zəlzələ

Yerin daxilində gedən tektonik proseslər nəticəsində onun səthində baş verən ani təkan və titrəyişlər.

Z.-lərə, əsasən, Yer qabığında təbəqələrin hərəkətə gəlməsi səbəb olur: ən çox Z. baş verən ərazilər məhz təbəqələrin sərhədlərində yerləşir. Dağlarda yeraltı sürüşmələr, vulkanların püskürməsi zamanı da kiçik təkanlar müşahidə edilə bilər. Z.-lərlə seysmologiya elmi məşğul olur. Yerin daxilində yerləşən Z. ocağı hiposentr, onun Yer səthində yaranan proyeksiyası isə episentr adlanır. Z. nəticəsində Yerin üst qatı (xüsusən episentrdə) formasını dəyişə bilər. Z.-nin enerjisi maqnituda şkalası ilə, yaratdığı dağıntıların dərəcəsi isə intensivlik şkalası ilə ölçülür. Planetimizdə ən çox Z.-lər Yaponiya, Çin, Çili, ABŞ, İran və s. ölkələrdə baş verir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti