1. İncəlik, lətafət, gözəllik, qəşənglik. □ ..Səbanın səsində və söhbətindəki zəriflik Atabəyin o gözəl qadını Qətibədə yox idi. (M.S.Ordubadi). 2. Zəiflik. □ Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. (M.Müşfiq).