Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zərrin [zərrin] sifət fars

1. Klassik ədəbiyyatda qızıldan düzəldilmiş, qızıldan qayrılmış mənalarında işlənmişdir. □ Dövrü bir bəzmdir behişti-bərin; Tac zərrin, sürahi həm zərrin. (M.Füzuli).
2. Klassik ədəbiyyatda zərli mənasında işlənmişdir. □ Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi. (M.P.Vaqif).
3. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. □ Zərrin qədəh.

Azərbaycan dilinin izahlı lüğəti