Farslar buna zağ deyirlər. Ehtimal ki, zəy onun təhrifidir. Bizdə onun yerinə azmuq, acıdaş kəlmələri işədilib, keçəl adamlara azmut daz (başı zəy kimi daz olan) dediyimiz vaxtlar olub. Bəzən Şəmkir rayonundakı Zəyəm qəsəbəsinin adını da zəy sözü ilə bağlayırlar. Z.Xasiyevin gəldiyi nəticəyə görə, Zəyəm çayı da, Zəyəm qəsəbəsi də qədim türk tayfalarından birinin adı ilə bağlıdır. Doğrudan da, Zəyəm çayının adı qədim tarixə malikdir, zəy sözü isə dilimizə nisbətən sonra daxil olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti