Kimya. Bəzi metalların sulfat duzu.
Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq; ümumiyyətlə silaha verilən cila, parıltı.
1. Klassik ədəbiyyatda qara qarğa mənasında işlənmişdir. □ Əgər dünyada insan və ədalət olsa idi, tərlan yerində zağ oturmaz idi. (Ə.Haqverdiyev).
2. Məcazi mənada: klassik ədəbiyyatda qara, qaralıq mənalarında işlənmişdir. □ Bülbül, sənin işin qandır; Aşıqlar sənə mehmandır; Tamam cəsədin əlvandır; Sinən altı zağı, bülbül. (Qoşma).