Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zaviyə [za:viyə] isim ərəb

1. Klassik ədəbiyyatda bucaq, künc, guşə mənalarında işlənmişdir. □ ..cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var. (M.F.Axundzadə).
2. Klassik ədəbiyyatda zahidin ibadətlə məşğul olmaq üçün çəkildiyi tənha yer, təkyə, hücrə mənalarında işlənmişdir. □ ..ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti