Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zikr [zikr] isim ərəb

1. Arxaizm. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə.
2. İlahiyyat. Təsbeh çevirə-çevirə dua etmə, Allahın adlarını vəsifətlərini bir-birinin ardınca söyləyib təkrar etmə, vird etmə.
3. Bütün fikir, bütün düşüncə, bütün xəyal (bu mənada adətən “fikir-zikir” şəklində işlənir). □ Yastığım yəhər oldu; Yatmadım səhər oldu; Fikrim-zikrim sən oldun; Yediyim zəhər oldu. (Bayatı).

Azərbaycan dilinin izahlı lüğəti