Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zil1 [zil] isim fars

1. Musiqi. Musiqi alətlərinin ən yüksək tonu.
2. Sifət kimi: beyindən gələn ən yüksək və nazik (səs haqqında). □ Zil səs.
3. Arxaizm. Zəng. □ ..onları qürur ilə dinlədikdən sonra, masa üzərindəki zili basdı. (A.Şaiq).

zil2 [zil] ədat

Tünd, lap, çox, tamamilə (adətən “qara” və “qaranlıq” sözlərinin əvvəlində işlənib, onların mənalarını şiddətləndirir). □ Zil qara saçlar.

zil3 [zil] isim

Quş ifrazatı, quş peyini. □ Tarlaları quş zili ilə gübrələmək.

Həmçinin bax:

frazeologizm: zildən bəmə (pəsə) salmaq Azərbaycan dilinin izahlı lüğəti