Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zillənmək1 [zilləmməx'] feil

1. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq.
2. Yönəldilmək, dikilmək. □ ..Xəlfə ayağa durub qapıya yanaşdı, hamının gözü ona zilləndi. (M.Hüseyn).
3. Dik qalxmaq. □ Havaya zillənib, uçmaq istərdi; Dəhşətli bir meydan açmaq istərdi. (H.K.Sanılı).

zillənmək2 [zilləmməx'] feil

Zilə qalxmaq, yüksəlmək, ucadan səslənmək.

Azərbaycan dilinin izahlı lüğəti