Müəyyən bir fikir, inanc, ideologiya, şəxs və ya sistemi tənqiddən müdafiə edən və onu əsaslandıran şəxs.
“Apologet” sözü “apologiya” terminindən yaranıb, bu da “müdafiə çıxışı” və ya “bəraət qazandırma” mənasındadır. Tarixi baxımdan bu söz ilk dəfə xristian ilahiyyatında işlədilib. İlk xristian apologetləri (məsələn, İustin, Tertullian, Origen və s.) xristianlığı tənqidlərdən müdafiə edən, onun haqlı olduğunu sübut edən yazıçılar və filosoflar idi. Müasir dildə “apologet” sözü bir qədər tənqidi və ya ironik çalarda işlədilir: müəyyən ideologiyanı, siyasi sistemi və ya lideri kor-koranə müdafiə edən şəxsə də apologet deyilir. Məsələn: “Totalitar rejimin apologetləri bu siyasətin xalq üçün faydalı olduğunu iddia edirdilər.”
Azərbaycan dilinin izahlı lüğəti