Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

avar1 [avar] isim

Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi.Avar çəkmək.

avar2 [avar] isim

Dialekt. Keçmişdə kənd evlərinin damına döşənən qamışaoxşar ot; ümumiyyətlə, qaba quru ot.

avar3 [avar] isim

1. Əsas kütləsi Dağıstanda yaşayan Qafqaz xalqlarından birinin adı və bu xalqa mənsub adam.Avar dili Qafqaz dillərinin Dağıstan qoluna daxildir.
2. Tarix. Qədim türkdilli tayfalardan birinin adı.Macarıstan ərazisində avarlara aid xeyli abidə qalmışdır.

Azərbaycan dilinin izahlı lüğəti