Onlayn lüğət

Ən son əlavə edilənlər

21

alliterasiya

Nitqdə ahəngdarlığı gücləndirmək məqsədilə eyni və ya səs məxrəci yaxın olan samit səslərin təkrarı; məs.: uma-uma döndüm muma. □ Alliterasiya bədii ahəng və into­nasiyanı qüvvətləndirmək, habelə əyaniliyi canlandırmaq məqsədi daşıyan ifadə vasitə...    Ətraflı

22

alqış

Nəcib, xeyirxah dilək ifadə edən söyləmə; folklorun ən qədim janrlarından biri. □ Alqış xeyirxahlıq, xoş arzular, təbrik, sevinc, mehribanlıq ifadə edir. Nəzm və nəsr şəklində olur. Konkret forma və həcmlə məhdudlaşmır. Dilimizdə etiket şəklində m...    Ətraflı

23

altılıq

Hər bəndi altı misradan ibarət şeir şəkli. □ Avropa poe­ziyasında sekstina, Şərq poeziyasında müsəddəs altılıq şək­lindədir....    Ətraflı

24

anafora

Şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni səs, söz və ya ifadələrin təkrarı. □ Anafora fonetik, leksik və sintaktik xarakterli ola bilər.
Fonetik anafora (səslərin təkrarı):
Sənət aləmində kifayət imiş,
Sən demə, vicdansız, qansız “d...    Ətraflı

25

anonim

Müəllifi bəlli olmayan imzasız əsər. □ Əsərlərin anonim olmasının əsas səbəbi onların siyasi məzmunu ilə bağlı olmuşdur. Belə ki, siyasi təqiblərdən çəkinən müəlliflər öz adlarını gizlətməyə məcbur olmuşlar. İmzasız əsərin müəllifi həmin əsərin di...    Ətraflı

26

antik ədəbiyyat

Qədim yunanların və romalıların yaratdığı ədəbiyyat. □ Antik ədəbiyyata aid yazılı abidələr M.ö. I min­illikdə və eramızın I minilliyinin əvvəllərində qədim yunan və latın dillərində yaradılıb. Xronoloji baxımdan yunan ədə­biyyatı daha əvvəl forma...    Ətraflı

27

antiteza

Bədii nitqdə fikri daha təsirli ifadə etmək üçün anlayışların, obrazların, situasiyaların qarşılaşdırılması; bədii təzad. □ Antitezadan yalnız bədii, publisistik ədəbiyyatda deyil, həm də şifahi nitqdə tez-tez istifadə olunur; məs.: Avtomobil dəbd...    Ətraflı

28

antologiya

Müxtəlif yazıçıların seçilmiş əsərlərindən və ya folklor nümunələrindən ibarət məcmuə, toplu. □ Әdəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (M.ö. 60-cı illər) tərtib edib. Onun “Çələng” adlı antologiyasına öz əsərlərindən əlavə,...    Ətraflı

29

antonim

Leksik mənalarına görə bir-birinin əksi olan sözlər. □ Antonim sözlərin kökləri fərqli olur: hündür – alçaq, getmək – gəlmək və s. Morfoloji yolla yaradılan əksmənalı­lıq antonim sayılmır; məs.: duzlu – duzsuz, oxumaq – oxumamaq kimi sözlər bir-bi...    Ətraflı

31

ara söz

Cümlə üzvü funksiyası daşımayan, danışanın ifadə etdiyi fikrə münasibətini bildirən söz və ya söz birləşmələri. □ Xitab kimi ara sözlər də qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz və birləşmələr sırasına daxildir. Cümlədə ara sözlər,...    Ətraflı

32

arayış

Müəyyən bir şəxsin kimliyini, yaşayış və ya iş yerini, eləcə də digər faktları təsdiq etmək üçün idarə, təşkilat və s. tərəfindən verilən rəsmi-əməli yazı növü. □ Arayışda bunlar olmalıdır: sol tərəfin üst küncündə idarənin ştampı, ortada sərlövhə...    Ətraflı

33

ardıcıllıq məna əlaqəsi

Tabesiz mürəkkəb cümlələrdə ardıcıl baş verən hadisələrin sadalandığı tərkib hissələri arasındakı məna əlaqəsi. □ Nümunə: Qapı açıldı, o, narahat bir vəziyyətdə içəri daxil oldu. Sel kimi yağış yağmağa başladı, bir azdan səmada günəş göründü....    Ətraflı

34

arqo

Müəyyən təbəqənin və ya məhdud bir qrupun işlətdiyi, başqalarının başa düşmədiyi şərti söz və ifadə; məs.: sürücü arqosu, oğru arqosu, tələbə arqosu və s. □ Bir çox hallarda “arqo” və “jarqon” terminləri eyniləşdirilir. Bəzi mənbələrdə isə arqonun...    Ətraflı

35

arxaizm

Müasir dövrdə ünsiyyət prosesində işlədilməyən köhnəlmiş söz və ifadə. □ Arxaizmlər ümumişlək olmayan sözlər kateqoriyasına daxildir; məs.: sayru (xəstə), damu (cəhənnəm), həp (hamı) və s. Folklorda və klassik ədəbiyyatda tez-tez rast gəlinən arxa...    Ətraflı

36

arzu ədatları

Ədatların məna növlərindən biri: kaş, təki, barı, gərək, kaş ki, bircə və s. □ Arzu ədatları ilə işlənən feillər arzu şəklində olur; məs.: Kaş mən də böyüyüb Səttarxan qoşununa fədai yazılaydım (Mir Cəlal)....    Ətraflı

37

assonans

Ardıcıl sıralanan sözlərdə eyni və ya yaxın saitlərin bir-birini izləməsi, təkrarı; məs.: kor-kor, gör-gör. □ Atalar sözü və məsəllərdə assonansa tez-tez rast gəlmək olar; məs.: Asta vur, usta vur. Qız yükü, duz yükü. Açıq ağız ac qalmaz. Ucundan...    Ətraflı

38

aşıq

Saz üstündə söz qoşan, şeir deyən, mahnı oxuyan, dastan danışan el sənətkarı. □ Aşıq yaradıcılığı Türkiyə və Azərbaycanda geniş yayılıb. Müxtəlif dövrlərdə aşığa dədə, ozan, varsaq, baxşı, yanşaq da deyilib. Qurbani, Abbas Tufarqanlı, Aşıq Alı, Xə...    Ətraflı

39

aşıq ədəbiyyatı

Azərbaycan xalq yaradıcılığının mühüm qolu, aşıq sənətinin tərkib hissəsi. □ Aşıq ədəbiyyatının əsa­sını aşıq poeziyası və dastanlar təşkil edir. Aşıq ədəbiyyatı şifahi yolla yayılması, dəyişkənliyi və çoxvariantlılığı ilə folklora, əksər hallarda...    Ətraflı

40

aşıq havaları

Aşıq şeir formalarına uyğunlaşdırılmış, əsasən, sazda ifa olunan melodiyalar, havacat. □ Aşıq sənəti təd­qiqatçıları yüzdən artıq aşıq havaları qeydə alıblar. Məşhur aşıq havalarına aiddir: “Yanıq Kərəmi”, “Ruhani”, “Ayaq Sarıtel”, “Baş Sarıtel”,...    Ətraflı