Onlayn lüğət

Ən son əlavə edilənlər

21

ağcaqayın

Ağcaqayınkimilər fəsiləsinə aid ağac və kol bitkisi cinsi.
Avropa, Asiya və Şimali Amerikada geniş yayılıb. Ağacların əksəriyyətinin hündürlüyü 10-40 m-ə, kollar isə 5-10 m-ə qədər olur....    Ətraflı

22

ağcaqovaq

Söyüdlər fəsiləsinə aid enliyarpaqlı ağac.
Hündürlüyü 35 m-ə qədərdir. Qovaqlar cinsində 7 növ məlumdur. 80-90 il, bəzən nadir hallarda 150 il ömür sürür....    Ətraflı

23

ağyanlı delfin

Məməlilər sinfi, kürəkayaqlılar dəstəsinin nümayəndəsi.
Orta uzunluğu 1,6 m, ən böyüyü 2,6 metrdir. Çəkisi 42-59 kq-a qədərdir. Bədəni düz qamətli olub axıcıdır. Burnu uzundur. Beli qara, qarnı ağ...    Ətraflı

24

aidi

Fas səhrasının bəzi bölgələrində təkamül etdiyi ehtimal olunan it cinsi.
A. bu günümüzə qədər dəyişilməz olan it cinslərindəndir. Təlim oluna bilən, dözümlü və güclü cins hesab edilir. A. çoban iti...    Ətraflı

25

ailə

1. Heyvandarlıqda bir ana fərdin nəsli üzrə seçilib yaradılan qrup.
Təbii şəraitdə arı və qarışqa ailələri aralarında əmək bölgüsü getmiş ana fərddən başqa, yüzlərlə erkək və on minlərlə işçi fərdd...    Ətraflı

26

akarisid

Gənələrə qarşı işlədilən dərmanlar....    Ətraflı

27

akasiya

İkiləpəlilər sinfi, paxlalılar (kəpənəkçiçəklilər) fəsiləsindən çoxillik bitki cinsi.
1300-ə qədər növü olub, çiçəkli bitkilərə aiddir. Əsasən Avstraliya, Afrika və Meksikada bitir. Ağ və sarı akas...    Ətraflı

28

akklimatizasiya

Heyvanın arealından kənar yeni yerə buraxıldıqdan sonra həmin yerin iqliminə uyğunlaşması....    Ətraflı

29

akrokarp

Budağın ucunda meyvə əmələ gətirən....    Ətraflı

30

akrokarp mamırlar

Ən çox dikduran, adi və ya budaqlanmış budağın ucunda sporoqon əmələ gətirən yarpaqbudaqlı mamırlar....    Ətraflı

31

akson

Sinir hüceyrəsinin (neyronun) uzun çıxıntısı.
Sinir impulslarını neyronun cismindən sinirlərlə təmin olunan orqanlara və başqa sinir hüceyrəsinə ötürür....    Ətraflı

32

aktin

Əzələ toxumasının tərkibinə daxil olan zülal.
Əzələ toxumasının başqa zülalları ilə, məsələn, miozinlə birlikdə, əzələnin yığıcı zülallarını – aktomiozinləri əmələ gətirir....    Ətraflı

33

akula

Xordalılar tipi, balıqlar sinifüstü, qığırdaqlı balıqlar sinfinə aid olan cins.
Yırtıcıdırlar. A. daim hərəkətdə olurlar. Onların bədəninin temperaturu ətraf mühütün temperaturundan 7-8 dərəcə yüks...    Ətraflı

34

ala-bəzək bənövşə

Soğanaqlı çoxillik bitki.
A.B. çoxsaylı növləri bənövşələrin bir neçə növünün hibrididir. Kiçik, orta və hündür boyuna görə onların növlərini ayırırlar. Günəşli və ya azacıq kölgəli yerlərdə becəri...    Ətraflı

35

alabay

4 min illik tarixi keçmişi olan çoban iti.
Qazaxıstan, Özbəkistan və Türkmənistanda yayılmışdır. İri ölçülü, olduqca qüvvətli it cinsidir. Sərbəstliyi sevir və dominantdır. Çöl şəraitində daha sağl...    Ətraflı

36

alaf

Mal-qaraya verilən qarışıq ot.
Ə. əsasən qurudulmuş küləş, yonca və digər otlardan ibarət olan yemdir....    Ətraflı

37

albalı

Gülçiçəklilər fəsiləsi, gavalılar cinsinə mənsub olan bitki.
Çəyirdəkli meyvəsi hamar səthlidir. Dünyada 150-dən artıq növü və çoxlu sortları yayılmışdır. Azərbaycan florasında 7 növü (turş gilənar...    Ətraflı

38

albinos

Piqment olmayan orqanizm.
Piqmentliyi təmin edən genin mutasiyaya tutulub, resessiv homoziqot hala keçməsi sayəsində meydana çıxan ağlıq....    Ətraflı

39

ali bitkilər

Kökü və gövdəsi olan bitkilər qrupu.
Mamırlar, qıjıkimilər, çılpaqtoxumlular və örtülütoxumlular şöbələri A.B. qrupuna aiddir....    Ətraflı

40

ali məməlilər

Rüşeymi plasenta adlı pərdə vasitəsilə ananın qanından qida və oksigen almaqla inkişaf edən məməlilər....    Ətraflı