Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

aparmaq [aparmax] feil

1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək bir yerdən başqa yerə köçürmək, gətirmək. Daşımaq, nəql etmək. Uşağı qucağında aparmaq. Yükü dalında aparmaq. Tay çiynində aparmaq. Avtobus minikləri apardı.
2. Birinin hərəkətini yönəltmək, yol göstərmək; özü ilə bərabər yeriməsinə kömək etmək, yaxud getməyə məcbur etmək, özü ilə bərabər yeriməsinə kömək etmək, yaxud getməyə məcbur etmək, özü ilə bərabər gətirmək.Uşaqları teatra aparmaq. Qocanın qolundan tutub aparmaq.
3. Özü ilə bərabər götürüb getmək.Kötüyü su apardı.
4. Oğurlamaq, çalmaq, qaçırmaq, çırpışdırmaq, alıb qaçmaq.Əzizim, nə xandılar; Nə sultan, nə xandılar; Apardılar yarımı; Tayfalıqca dandılar (Bayatı).
5. Məcazi mənada: udmaq, qazanmaq, qalib gəlmək (oyunda, məhkəmədə və s.-də).Çəkişmirəm, aparsam da verməyəcəksən, cığalın birisən (İ.Əfəndiyev).
6. Məcazi mənada: yox etmək, silib təmizləmək, çıxarmaq.Ləkəni aparmaq. Paltarın ləkəsini benzinlə aparmaq olar.
7. Məcazi mənada: məhv etmək, yox etmək. puç etmək, xarab etmək, dağıtmaq.Bəndi sel apardı. Dolu bütün meyvələri apardı. Əkinləri don apardı.
8. Sərf edilməsinə, işlənməsinə səbəb olmaq; əlindən almaq.Bu iş mənim düz bir həftəmi apardı.
9. Məcazi mənada: qoparmaq, yemək, kəsmək; sürtüb aparmaq, xarab etmək.Barmağının başını maşının çarxı apardı. Daş ülgücün ağzını aparıb.
10. Həyata keçirmək, yeritmək, etmək.Müharibə aparmaq. Təbliğat aparmaq.
11. İdarə etmək, başda durmaq, başçılıq etmək, rəhbərlik etmək.Əsgərləri yürüşə aparmaq. Məclis aparmaq bacarıq istəyir.
12. Məcazi mənada: bihuş etmək, məst etmək; yuxulatmaq, bayıltmaq.Musiqinin səsi məni apardı.
13. Aparıb çxarmaq, gətirib çıxarmaq, yönəltmək.Görəsən, bu yol bizi hara aparır?
14. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir.Yuxu aparmaq, ləzzət aparmaq, fikir aparmaq, qan aparmaq.
15. “Özünü” sözü ilə birlikdə – özünü idarə etmək, bir qaydada hərəkət etmək.Özünü yaxşı aparmamaq. Özünü rəsmi aparmaq.
16. Sürükləmək, səbəb olmaq, gətirib çıxarmaq. Fəlakətə aparmaq.

Həmçinin bax:

frazeologizm: abrını tökmək (aparmaq) frazeologizm: ağlını almaq (aparmaq) frazeologizm: Allaha pay aparmaq frazeologizm: Allaha pənah aparmaq frazeologizm: aranı dağa, dağı arana daşımaq (aparmaq) frazeologizm: ayağına aparmaq frazeologizm: baş aparmaq frazeologizm: baş-beynini aparmaq frazeologizm: baş-qulaq aparmaq frazeologizm: beynini aparmaq frazeologizm: bərəkətini qarayel aparmaq frazeologizm: bu xəmir hələ çox su aparacaq frazeologizm: bulaq başına susuz aparıb susuz gətirmək frazeologizm: çaya susuz aparıb susuz gətirmək frazeologizm: dağı arana, aranı dağa daşımaq (aparmaq) frazeologizm: dəyirmana susuz aparıb susuz gətirmək frazeologizm: don aparmaq frazeologizm: ədavət aparmaq frazeologizm: əl aparmaq frazeologizm: fal aparır frazeologizm: fikir aparmaq frazeologizm: goruna aparmayacaqsan ki frazeologizm: hal aparmaq frazeologizm: hesabını aparmaq frazeologizm: həsəd aparmaq frazeologizm: huş aparmaq frazeologizm: huşunu aparmaq frazeologizm: xərc aparmaq frazeologizm: iş aparmaq frazeologizm: it aparan olsun frazeologizm: it gəldi, örkən apardı frazeologizm: qabağa aparmaq frazeologizm: qan aparmaq frazeologizm: malım yox, divan apara, imanım yox, şeytan apara frazeologizm: özünü apara bilməmək frazeologizm: özünü ... aparmaq frazeologizm: pənah aparmaq (gətirmək) frazeologizm: pərsəng aparmaq frazeologizm: prinsip aparmaq frazeologizm: rəqabət aparmaq frazeologizm: soyuq aparmaq frazeologizm: söz aparıb-gətirmək frazeologizm: Tanrıya pay aparmaq frazeologizm: üzüyuxarı daş aparmaq frazeologizm: yel qayadan nə apardı frazeologizm: yuxu aparmaq (tutmaq) frazeologizm: yumurta yükü aparmaq frazeologizm: zəhlə aparmaq (tökmək) Azərbaycan dilinin izahlı lüğəti