Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

baca [baca] isim

1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru. □ Evin bacası. Fabrik bacası. Rüşvət qapıdan girəndə, iman bacadan çıxar. (Atalar sözü).
2. İşıq və hava gəlmək üçün bəzən kənd evlərinin və anbarların damında pəncərə əvəzinə qoyulan dəlik. □ Tövlənin üst tərəfindəki iki baca qarın işığını, ayazın şaxtasını içəriyə buraxmır. (S.Rəhimov).
3. Su kəməri, lağım və s. bu kimi yeraltı qurğuları yoxlamaq üçün qoyulan örtülüb açılan dəlik, qapaq. □ Top gülləsi evin divarında bir baca açdı.

Həmçinin bax:

frazeologizm: bacasından quyruq yağmaq frazeologizm: damdan vurub bacadan çıxmaq frazeologizm: qapıdan girib bacadan çıxmaq frazeologizm: qapıdan qovursan, bacadan girir Azərbaycan dilinin izahlı lüğəti