Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

faiz [fayiz] isim ərəb

1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). □ Sadə faiz düsturu.
2. Kapitalın hər yüz manatından əldə edilən gəlir.
3. Borc verilən puldan istifadə etdiyi üçün borcludan (kreditordan) alınan haqq. □ Hacı Kərim hər zaman alış-verişini nağd elər, faizini də verəcəyi puldan çıxardı. (S.Hüseyn).
4. Dövriyyədən, gəlirdən asılı olaraq hesablanan muzd. □ Faiz dərəcəsinin həddi.
5. Məhsulun kəmiyyətinə görə faiz almaq.

Azərbaycan dilinin izahlı lüğəti