Reklam
Reklam

Etimologiya lüğəti

palata

Roma yeddi təpənin üzərində salınıb: Palatin, Kapitoli, Aventin, Çelio, Eskvilin, Viminal və Kvirinal. Rəvayətə görə, Romul Romanın bünövrəsini e.ə. 753-cü ildə Palatin təpəsində qoyub.

Şəhər böyüyərək ərazisi digər təpələrə yayılır və tədricən yaxın bölgələrə, sonra bütün İtaliyaya, daha sonra isə Aralıq dənizi sahilindəki bütün torpaqlara nəzarət etməyə başlayır. Roma dünyanın ən iri şəhərinə çevriləndə onun mərkəzi halına gəlmiş Palatin əsas yaşayış kvartalı oldu. Bütün əsas meydan və teatrlar, eləcə də forum bura yaxın idi.

E.ə. 31-ci ildə Yuli Sezarın bacısı nəvəsi Oktavian Sezar bütün Romanın mütləq hakiminə çevrildi. O, idarəçilik sistemini yenidən qurdu və bunun nəticəsində ona qədər heç bir romalının tutmadığı mövqeyə sahib oldu. Bu səbəbdən də Oktavian Palatində yer seçərək burada özünə cəmiyyətdə tutduğu yeni mövqeyinə uyğun təzə, təmtəraqlı bir ev tikdirdi.

Ondan sonra gələn imperatorların da, demək olar, hamısı belə etdilər Bu cür tikililər palatium, yəni Palatində tikilmiş adlandırıldı. Bir qədər sonra isə, istənilən hökmdarın iqamətgahına palatium deməyə başladılar. Fransız dilində bu söz “palais”ə, ingilis dilində isə “palace”yə (saray), bəzi dillərdə isə palataya çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti