Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yavan [yavan] sifət

1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. □ Yavan çörək yedi. Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. (Atalar sözü).

2. Zərf kimi: yavanlıqsız. □ Çörəyi yavan yemək.

3. Yağlı olmayan, yağsız. □ Yavan ət.

4. Dialekt. Boş, mənasız, şit, duzsuz. □ Yavan söz.

5. Dialekt. Qidalı maddələrdən məhrum (torpaq haqqında). □ ...qəti olaraq öz tingliyini başqa bir yerə – yavan, qumsal torpağı olan səhraya köçürməyi qərara aldı. (M.F.Axundzadə).

Azərbaycan dilinin izahlı lüğəti